Jirinovski: SSRİ qalsaydı, Azərbaycanın nefti ilə…backend

Jirinovski: SSRİ qalsaydı, Azərbaycanın nefti ilə...

Hakimiyyət xalqın tərəfində olub Ümumittifaq referendumunun SSRİ-nin saxlanılması ilə bağlı nəticələrinə əməl etsəydi, o zaman ölkəmiz ərazi bütövlüyünü qorumuş olacaqdı.

KONKRET.az xəbər verir ki, bu sözləri Rusiya Liberal Demokrat Partiyasının (RLDP) rəhbəri Vladimir Jirinovski deyib.

“Biz ərazi bütövlüyünü saxlayacaqdıq. İndi 300 milyon idik. Güclü iqtisadiyyatımız olardı. Özümüzü təmin edərdik. Hazırda İsrail, Afrika, yaxud Şərqi Avropadan gətirdiklərimizi cənub bizə verərdi. Meyvə, tərəvəz, hər şeyimiz olardı. Qovun, pambıq, üzüm… Təsəvvür edin ki, biz indi neft-qaz sahəsində monopolist olardıq. Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistanın neft-qazı ümumi sərvətimiz olardı”, – deyə partiya sədri bildirib. axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*