Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin vəziyyəti ağır olaraq qalır.
KONKRET.az xəbər verir ki, bu barədə “112” Teleqram kanalı məlumat paylaşıb.
Məlumatda qeyd edilib ki, Jirinovski süni tənəffüs aparatına qoşulub və tibbi komadadır.
Laborator analizləri isə bir neçə göstərici istisna olmaqla, normadadır.
Qeyd edək ki, onun səhhəti ilə bağlı rəsmi məlumat yoxdur.
