Kadırov: “Ukrayna atəşkəs şansını əldən verib”backend

Kadırov: "Ukrayna atəşkəs şansını əldən verib"

“Zelenskinin mövqeyinə görə Moskva ilə Kiyev arasında barışıq şansı yoxdur”.

KONKRET.az Kommersant”a istinadən xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov teleqramda yazıb.

O, Rusiyanın Ukrayna ərazisinə dünənki hücumlarını şərh edərkən deyib: “Bu dünyada heç bir hərəkət cavabsız qalmayıb”.

Kadırov baş vermiş hadisələrə dünya ictimaiyyətinin reaksiyasını isteriya adlandırıb.

“İstənilən növ atəşkəs şansı iradəsiz Zelenski və onun quduz dəstəsinin səyləri ilə əldən verildi”, – deyə Çeçenistan rəhbəri bildirib.

Qeyd edək ki, sentyabrın 30-da Volodimir Zelenski Putinlə danışıqlardan imtina etdiyini açıqlayıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*