Ramzan Kadırov yanacaqdoldurma məntəqəsində namaz fotosu ilə özünü biabır edib.
KONKRET.az xəbər verir ki, bu gün Putinin yeni generalı Ramzan Kadırov Rusiya yanacaqdoldurma məntəqəsindən “Kadırovun Ukraynada duaları” fotosunu paylaşıb.
Mühafizəçilərin əhatəsində dua edən nəhəng çeçen liderinin kadrında “Pulsar” loqosu görünür.
Bu, Ukraynada yanacaqdoldurma məntəqəsi olmayan Rusiyanın “Rosneft” şirkətinin markalı yanacağıdır.
İndi sual yaranıb: Kadırov haradadır – Ukraynada, yoxsa Rusiyada?
Yerli media Ramzan Kadırovun guya Ukraynaya getdiyini yazır. Lakin onun Rusiyada yanacaqdoldurma məntəqəsinin yanında namaz qıldığı yeni bir fotosu yayilıb.
Xuraman Etibarlı,
KONKRET.az
