Kafe sahibini bıçaqlayan şəxsə 6 il HƏBS CƏZASIbackend

Kafe sahibini bıçaqlayan şəxsə 6 il HƏBS CƏZASI

Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Ağa Məcidzadənin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası keçirilib.

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 6 il müddətə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxsə ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamdan Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi xaric olunub.

İttihama əsasən, hadisə 2025-ci il tarixdə paytaxt ərazisində baş verib.

Belə ki, Ağa Məcidzadə yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində zərərçəkmiş Nüsrəti Tağıyevin (soyadı şərtidir) işlətdiyi kafeyə gələrək onu çölə çağırıb.

Zərərçəkmiş şəxs onun bu tələbini qəbul etməyərək irad bildirib. Təqsirləndirilən şəxs isə həmin vəziyyəti bəhanə edərək ictimai qaydanı kobud şəkildə pozan hərəkətlərə yol verib.

O, ətrafda olan şəxslərin gözü qarşısında heç bir əsaslı səbəb olmadan aqressiv davranış göstərib və ictimai asayişi pozan hərəkətlər edib.

Hadisə zamanı Ağa üzərində olan bıçağı silah qismində istifadə edərək Nüsrətin qarın nahiyəsinə bir dəfə zərbə endirib. Nəticədə zərərçəkmiş şəxs qarın boşluğunun sağ yarısının daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası, nazik bağırsağın və böyük piyliyin zədələnməsi ilə müşayiət olunan, həyat üçün təhlükəli olan ağır bədən xəsarətləri alıb.

Beləliklə, təqsirləndirilən şəxsin hərəkətləri həm qəsdən sağlamlığa ağır zərər vurma, həm də silah qismində istifadə olunan əşya ilə ictimai qaydanı kobud şəkildə pozma – yəni xuliqanlıq cinayəti kimi qiymətləndirilib.

İttihama görə, onun əməli ictimai yerdə zor tətbiqi ilə müşayiət olunub, ətrafdakı şəxslərdə narahatlıq və təhlükə hissi yaradıb və ümumilikdə ictimai asayişə ciddi zərər vurub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*