Kanadanın Baş naziri Rusiyaya qarşı yeni sanksiyaları açıqladıbackend

Kanadanın Baş naziri Rusiyaya qarşı yeni sanksiyaları açıqladı

Kanadanın Baş naziri Castin Trüdo Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi mətbuat konfransında müharibəylə əlaqədar ölkəsinin Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı yeni sanksiyalar tətbiq edəcəyini bildirib.

Bu barədə KONKRET.az “Reuters”ə istinadən xəbər verir.

“Biz Rusiyanın 40 fiziki və 5 hüquqi şəxsinə, oliqarxlara və rejimin müdafiə sektorundakı yaxın müttəfiqlərinə qarşı yeni sanksiyalar irəli sürürük”, – Trüdo bildirib.

O əlavə edib ki, siyahıda olan şəxslərin hamısı Rusiyanın Ukraynadakı müharibəsi ilə bağlıdır.

Trüdo Kiyevə əlavə hərbi yardım da açıqlayıb. Kanada Ukraynanı atıcı silahlarla təmin edəcək və minalardan təmizləmə əməliyyatlarını maliyyələşdirəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*