Kanalda batan 28 yaşlı oğlanın meyiti TAPILDI – YENİLƏNİBbackend

Kanalda batan 28 yaşlı oğlanın meyiti TAPILDI - YENİLƏNİB

Balıq tutmağa gedərkən Yuxarı Şirvan kanalında batan 28 yaşlı oğlanın meyiti tapılıb. 

KONKRET.az xəbər verir ki, batan şəxsin meyiti xilasetmə dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sahilə çıxarılıb və aidiyyati üzrə təhvil verilib.

***

13:29

Balıq tutmağa gedərkən Yuxarı Şirvan kanalında batan 28 yaşlı oğlanın axtarışları davam edir.

KONKRET.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə dünən Yuxarı Şirvan kanalının Ağdaşın Bulaqotağı kəndindən keçən hissəsində baş verib.

Belə ki, dostu ilə kanalda balıq tutmağa gedən 1995-ci il təvəllüdlü Goranboy rayon Zeyvə kənd sakini Bəxtiyarov Daşqın İmanqulu oğlu naməlum şəraitdə bataraq ölüb. Hadisə barədə FHN-nin aidiyyati qurumlarına dünən gec xəbər çatdığından batan şəxsin axtarışlarına bu gün başlanıb.

Ehtiram Muradov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*