Karapetyan revanşistlərə SƏSLƏNDİ: Azərbaycanla müharibə…backend

Karapetyan revanşistlərə SƏSLƏNDİ: Azərbaycanla müharibə...

“Güclü Ermənistan” partiyası hakimiyyətə gələrsə, Bakıdakı ermənilərin geri qaytarılması ilə məşğul olacaq xüsusi qrup yaradacaq”.

KONKRET.az globalinfoaz-a istinadən xəbər verir ki, bunu “Güclü Ermənistan” partiyasının baş nazirliyə namizədi Samvel Karapetyan sakinlərlə görüşündə deyib.

O iddia edib ki, bu məsələni yalnız özünün partiyası həll edə bilər:

“Bu rüsvayçılığa səssiz qala bilmərik. Biz bir millət kimi zəif görünürük, amma yalnız hökumətimiz zəifdir”, – Karapetyan deyib.

O, “ermənilərin evə qayıtması üçün beynəlxalq əlaqələrindən istifadə edəcəyi” vədini verib.

Qeyd edək ki, Bakıda həbsdə olan erməni terrorçular müxtəlif cinayətlərdə təqsirli bilinərək müvafiq cəzalara məhkum ediliblər. Rəsmi Bakı bu canilərin azadlığa buraxılmasını müzakirə etmir. Onları Ermənistana qaytaracağını deyən Samvel Karapetyan isə hakimiyyətə revanşist ideyalarla gəlmək istəyir.

Bir qədər əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan və bu ölkənin Kəşfiyyat Xidməti müxalifətin hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanla yeni müharibə olacağını bəyan edib. Revanşist Karapetyanın “Bakıdakı erməni əsirlər” ritorikası rəsmi İrəvanın müharibə iddiasının təsdiqi hesab oluna bilər.

Proseslər göstərir ki, həqiqətən də, Ermənistanda müxalifət hakimiyyətə gəlsə, Azərbaycanla münasibətlər böyük ölçüdə bloklanacaq və bu, erməni xalqı üçün növbəti fəlakətə səbəb olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*