Bakıda keçirilən Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Böyük dəbilqə” turnirində karyerasını bitirən Azərbaycan cüdoçuları ilə vida mərasimi keçirilib.
KONKRET.az xəbər verir ki, tədbirdə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli idmanla vidalaşan Rüstəm Orucov, Orxan Səfərov və Məhəmmədəli Mehdiyevə mükafat və hədiyyələri təqdim edərək ürək sözlərini çatdırıb.
Sonra isə cüdoçuların qazandıqları nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub.
