Kats: İsrail bütün fələstinliləri Qəzzadan çıxarmağa hazırdırbackend

Kats: İsrail bütün fələstinliləri Qəzzadan çıxarmağa hazırdır

İsrail ABŞ bu qərarı təsdiqləyəcəyi təqdirdə müharibə nəticəsində dağıdılmış Qəzza zolağının sakinlərini ərazidən çıxarmağa hazırdır.

KONKRET.az  xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Kats “Ynet” portalının təşkil etdiyi konfransda deyib.

“Nəticə etibarilə, əhalinin köçürülməsi olmadan Qəzza üçün real həll yolu yoxdur”, – deyə o bildirib.

ABŞ Prezidenti Donald Tramp 2025-ci ildə Qəzza zolağının təxminən 2 milyon sakininin Misir və İordaniyaya köçürülməsini təklif edib. Lakin ABŞ və Yaxın Şərqdə ictimaiyyətin etirazlarından sonra bu ideyadan geri çəkilib.

Katsın sözlərinə görə, Tramp “öz ideyasından imtina etməyib, sadəcə ərəb ölkələrinin təzyiqi ilə onu dondurub”.

“Lakin plan ləğv edilməyib və hətta hazırda da daim müzakirə olunur. HƏMAS-ın ABŞ-nin Qəzza ilə bağlı sülh planı çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi aydınlaşdıqda, hərbi, ərazi və digər istiqamətlərdə irəliləmək üçün yaşıl işıq alacağıq”, – deyə İsrailin müdafiə naziri bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*