Keçmiş məhkum komendant postunda tapança ilə saxlanıldıbackend

Keçmiş məhkum komendant postunda tapança ilə saxlanıldı

Komendant postunda saxlanılan şəxsdə səs siqnalı üçün nəzərdə tutulan tapança aşkar edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən  KONKRET.az-a verilən məlumata görə, Sumqayıt şəhəri ərazisində qurulmuş komendant postunda Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş K.Abbasovun idarə etdiyi “BMW” markalı avtomobil saxlanılıb.

Yoxlama zamanı polis əməkdaşları K.Abbasovdan “Umarex 343-C1866” markalı səs siqnalı üçün nəzərdə tutulan tapança aşkar edərək götürüblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*