Keçmiş model Kseniya Maksimova beynəlxalq axtarışa verildibackend

Keçmiş model Kseniya Maksimova beynəlxalq axtarışa verildi

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) keçmiş model Kseniya Maksimovanı beynəlxalq axtarışa verib.

KONKRET.az xəbər verir ki, Rusiya vətəndaşı barəsində Rusiya Cinayət Məcəlləsinin 205.5-ci maddəsinin 2-ci hissəsi – terror təşkilatının fəaliyyətində iştirak ittihamı ilə cinayət işi açılıb.

FSB-nin iddiasına görə, Ukraynada müharibənin başlamasından sonra Maksimova Böyük Britaniyada Russian Democratic Society UK təşkilatını yaradıb və “Rusiya Antimüharibə Komitəsi”nə konsul təyin olunub.

Rusiya xüsusi xidmət orqanı bildirir ki, Maksimova xaricə köçən Rusiya vətəndaşlarını bir araya gətirib, Ukrayna üçün pul və digər yardımlar toplayıb və Rusiyada hakimiyyəti ələ keçirməyi planlaşdırıb.

Bundan əlavə, FSB Maksimovanın Rusiyada qadağan olunmuş strukturların dəstəklənməsi məqsədilə tədbirlər təşkil etdiyini, Rusiya ordusu haqqında “yalan məlumatlar” yaydığını və hakimiyyətin zorakı yolla dəyişdirilməsini dəstəkləyən şəxslərin çıxışları üçün platforma yaratdığını iddia edir.

Maksimovanın adı daha əvvəl də Rusiyanın Rosfinmonitorinq qurumunun terrorçular və ekstremistlər siyahısına daxil edilib.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*