Rusiyanın Omsk vilayət administrasiyasının keçmiş əmək və sosial inkişaf naziri Vladimir Kupriyanov saxlanılıb.
KONKRET.az Rusiya mediasına istinadla xəbər verir ki, keçmiş nazir dünən saxlanılaraq Moskvaya aparılıb.
“İş 2020-2021-ci illərdə keçmiş qubernator Aleksandr Burkovun komandasında işlədiyi dövrlə bağlıdır”, – agentliyin həmsöhbəti bildirib.
Xatırladaq ki, Omsk vilayətinin qubernatoru Vitali Xotsenko mayın 25-də Vladimir Kupriyanovu vəzifəsindən azad edib. Rayon rəhbəri qərarın səbəblərini açıqlamayıb.
Vladimir Kupriyanov 2015-ci ildən Omsk vilayətinin Əmək və Sosial İnkişaf Nazirliyinə rəhbərlik edirdi.
Orxan HƏSƏNLİ
KONKRET.az