Mordoviya şəhərinin Torbeyevski Rayon Məhkəməsi Tacikistan vətəndaşı Dustmurod İlesovu kamera yoldaşı Artur Kitayevin öldürülməsinə görə məhkum edib.
KONKRET.az xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.
Əvvəlcə onların aralarında mübahisə baş verib. Bu müddətdə İlesov Kitayevə əlləri və ayaqları ilə 33 zərbə vurub. O, aldığı xəsarətlərdən ölüb. Hadisə Torbeyevskinin mərkəzi adlanan və ömürlük həbs cəzasına məhkum edilmişlərin olduğu 6 nömrəli Mordoviya koloniyasının kamerasında baş verib.
Qeyd edək ki, 1992-ci ildə Kitayev təcavüz və qətl hadisəsinə görə edam cəzasına məhkum edilmişdi. O, SSRİ-nin son manyakı hesab olunurdu.
Onu öldürən tacik milliyətindən olan İlesov isə 2015-ci ildə ömürlük həbs cəzasına məhkum edilib. O, kamera yoldaşının öldürülməsinə görə əlavə 14 il iş alıb. Onun ömürlük həbs cəzasına məhkum olunması isə sərxoş halda Okulovkanın Novqorod kəndinin dörd sakinini öldürməsi ilə bağlıdır. Belə ki, o 2013-cü ildə bir kişi və bir qadının boğazını kəsib, sonra bir qadını bıçaqlayıb, cinayətin şahidi olan Özbəkistan vətəndaşını isə öldürməyə cəhd edib. Həmin gecənin son qurbanı 90 yaşlı bir təqaüdçü olub.
İlesov deyib ki, o, “dinc şəraitdə yaşamasına imkan vermədiyi” üçün manyakı öldürüb: “Məni lağa qoyurdu! Kamerada mənə sakit gəzməyə imkan vermirdi! Artıq səbir mənə bu cür təhqirlərə dözmək üçün kifayət etmədi. 63 gün bir kamerada bir yerdə idik! Sonra dözə bilmədim və vurdum. 33 dəfə. Yumruq və ayaqlarımla. Əlbətdə təəssüf edirəm ki, belə alındı.
Onun sözlərinə görə, Kitayev öldürüldükdən sonra beşinci aydır ki, kamerada tək oturur.
Xatırladaq ki, SSRİ-də ən səs-küylü cinayət hadisələrindən biri də bu manyakla bağlı olub.
Belə ki, öldürülən Kitayev 1992-ci ilə qədər dörd qızı vəhşicəsinə öldürüb və bir neçəsinə təcavüz ebdi. Son qurbanın hiylələri sayəsində o, ələ keçib. Belə ki, manyak meşədə bıçaqla bir qadına hücum edib. Qadın hiylə işlədərk Kitayevin cinsi orqanını kəsərək qaçıb. Qadın polisə zəng edərək manyakı ələ keçirdib.
2010-cu ildə onun Mordoviya koloniyasında onurğası qırılmışdı və o bu səbəbdən əlil kimi yaşayırmış.

Mordoviya adlı şəhər yoxdur. Mordoviya Respublikası var.