Kəlbəcər istiqamətindəki mövqelərimiz Basarkeçərdən atəşə tutuldu – RƏSMİbackend

Kəlbəcər istiqamətindəki mövqelərimiz Basarkeçərdən atəşə tutuldu - RƏSMİ

Bu gün saat 16:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Zərkənd kəndləri ərazisində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yuxarı Ayrım kəndləri ərazisindəki mövqelərini snayper tüfəngi, avtomat və pulemyotlardan atəşə tutub.

Bu barədə KONKRET.az-a Müdafiə Nazirliyindən bildirilib.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*