Kəlbəcərdə diversiya qrupunun qarşısı alındı – RƏSMİbackend

Kəlbəcərdə diversiya qrupunun qarşısı alındı - RƏSMİ

Sentyabrın 13-ü saat 19:00 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin kəşfiyyat-diversiya qrupu terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Ordumuzun Kəlbəcər rayonu Mərcimək yaşayış məntəqəsi istiqamətində yerləşən döyüş mövqelərinin arasındakı dərə boşluqlarından istifadə edərək bölmələrimizin yerləşdiyi əraziyə sızmağa cəhd edib.

Bu barədə KONKRET.az-a Müdafiə Nazirliyindən bildirilib.

Döyüş növbətçiliyi aparan hərbi qulluqçularımızın sayıqlığı nəticəsində təxribatın qarşısı alınıb.

Kəşfiyyat-diversiya qrupu bir üzvü yaralı olmaqla geri çəkilməyə məcbur edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*