Kəlbəcərdə traktor aşdı: Ölən var – FOTObackend

Kəlbəcərdə traktor aşdı: Ölən var - FOTO

Kəlbəcər rayonunda traktor aşıb, ölən var.

KONKRET.az Reporta-a istinadən xəbər verir ki, hadisə noyabrın 18-də rayonun Bağlıpəyə kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1972-ci il təvəllüdlü Fariz Tağıyev idarə etdiyi frontal yükləyici “ZL 50” markalı traktor tipli nəqliyyat vasitəsilə hərəkətdə olarkən idarəetməni itirib. Daha sonra nəqliyyat vasitəsi aşıb. Nəticədə F.Tağıyev almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov “Report”a bildirib ki, faktla bağlı Kəlbəcər Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*