Kəmaləddin Heydərov onu Tikintidə Təhlükəsizliyə rəis gətirdibackend

Kəmaləddin Heydərov onu Tikintidə Təhlükəsizliyə rəis gətirdi

FHN-də yüksək vəzifəyə yeni təyinat baş tutub.

KONKRET.az xəbər verir ki, manset.az-ın əldə etdiyi məlumata görə, Fövqəladə Hallar Naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə FHN-nin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəisi Vüsal Ağayev tutduğu vəzifəsindən azad edilib. Digər əmrlə V.Ağayev Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi təyin edilib.

Nazirin digər əmri ilə İsmayıl Nəsirov  FHN-nin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəisi təyin edilib.

Bu barədə məlumat B.Tağıyev tərəfindən Manset.az-a təsdiq edilib.

Qeyd edək ki, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Bəxtiyar Tağıyev vəzifəsindən azad olunaraq Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova müşavir təyin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*