KXDR lideri Kim Çen In ordu diviziya və briqada komandirləri ilə görüşdə Cənubi Koreyayla sərhədin “keçilməz qalaya” çevrilməsini tələb edib.
KONKRET.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.
Məlumata görə, Kim Çen In hakim partiyanın ərazi müdafiəsi siyasətindən danışaraq, cənub sərhədini qoruyan ön xətt bölmələrinin gücləndirilməsinin vacibliyini vurğulayıb.
O, sərhədin möhkəmləndirilməsi və əsas hərbi hissələrin, xüsusilə ön xətt bölmələrinin hərbi-texniki baxımdan gücləndirilməsi üçün gələcəkdə hərbi strukturun yenidən təşkilinə dair baxışını bölüşüb.
KXDR lideri bunu müharibənin daha effektiv şəkildə qarşısının alınması üçün mühüm addım kimi qiymətləndirib.
KXDR lideri hesab edir ki, hərbçilər yalnız öz missiyalarına sarsılmaz inam nümayiş etdirərək və ideoloji hazırlığı gücləndirərək dünyanın ən güclü ordusunun şərəf və statusunu qoruya bilərlər.
Müşviq Tofiqoğlu
KONKRET.az
