Koreya Xalq Demokrat Respublikasının lideri Kim Çen In Rusiyanın Primorsk diyarında qarşılanıb.
KONKRET.az xəbər verir ki, onu Rusiyan Federasiyasının (RF) təbii ehtiyatlar və ekologiya naziri, RF-Şimali Koreya hökumətlərarası komissiyanın sədri Aleksandr Kozlov Primorsk diyarının Xasan dəmir yolu stansiyasında qarşılayıb.
Onun Rusiya Prezidenti Vladimir Putinlə görüşü gözlənilir.
Qeyd edək ki, Koreya Xalq Demokrat Respublikasının lideri Kim Çen In Rusiyada səfərdədir.//Report