Kiyevdə qadağan edilsə də, atəşfəşanlıq oldubackend

Kiyevdə qadağan edilsə də, atəşfəşanlıq oldu

Bütün ölkədə atəşfəşanlığa qadağa qoyulmasına baxmayaraq, naməlum şəxslər Kiyevdə hava hücumu zamanı atəşfəşanlıq ediblər.

KONKRET.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana” nəşri məlumat yayıb.

Atəşfəşanlıqdan biri Kiyevin cənub-şərqindəki Osokorki yaşayış massivində olub.

Qeyd edək ki, Ukraynanın hər yerində hava hücumu xəbərdarlığı elan edilib. Kiyevdə iki saata yaxındır ki, xəbərdarlıq siqnalları işə düşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*