Ukraynanın paytaxtı Kiyevin meri Vitali Kliçkonun sözlərinə görə, Kiyevə edilən hücum nəticəsində xəsarət alanların sayı 20 nəfərə yüksəlib. Onlardan səkkizi xəstəxanalarda müalicə alır.
KONKRET.az xəbər verir ki, paytaxt polisindən verilən məlumata görə, Solomenka rayonunda PUA qalıqları biznes mərkəzinin binasına və ticarət mərkəzinə ziyan vurub, ticarət mərkəzinin 22 yaşlı mühafizəçisi yaralanıb.
Bundan başqa, Şevçenko rayonunda tibb mərkəzi, qeyri-yaşayış binası və park edilmiş avtomobillər zədələnib.
Daha əvvəl Kiyevdə baş verən hücum səbəbindən Ali Ədliyyə Şurasının binasının zərər çəkdiyi və altı nəfərin yaralandığı bildirilmişdi.
Müşviq Tofiqoğlu
KONKRET.az
