Kiyev meri Vitali Kliçko yeni videomüraciət edib.
KONKRET.az xəbər verir ki, bir neçə saat öncə Kiyev meri adından məlumat yayılıb. Məlumatda deyilir ki, Ukraynanın paytaxtı mühasirədədir, əhalinin təxliyəsi mümkün deyil. Kliçko məlumatın saxta olduğunu bildirib, yayılan xəbərlərə inanmamağa çağırıb.
“Rusiya Ukraynaya qarşı təkcə hərbi silahlarla deyil, həm də informasiya ilə mübarizəni davam etdirir. Onlar dövlət məmurlarının saxta səhifələrini yaradırlar, informasiyanı manipulyasiya edir, hansısa əfsanələr yaradırlar. Bu gün onlar mənim İnstaqram səhifəmin saxtasını yaradıblar.
Axşam Rusiyanın internet nəşrləri mənə istinadən məlumat yayıblar ki, guya Kiyev mühasirəyə alınıb və insanların təxliyəsi mümkün deyil. Ukrayna teleqram kanallarının bunu yaymağa başlaması təəccüblüdür. Yalanlara inanmayın! Yalnız rəsmi mənbələrdən alınan məlumatlara etibar edin.
Birlikdə, birləşərək, dayanacağıq. Ukrayna qalib gələcək!
Ordumuza eşq olsun, vətəndaşlarimiza eşq olsun! Ukraynaya eşq olsun!”
Xuraman Etibarlı,
KONKRET.az
