Kobaxidze seçkinin nəticələrindən danışdıbackend

Kobaxidze seçkinin nəticələrindən danışdı

Bu qələbənin əsas müəllifi, şübhəsiz ki, gürcü xalqıdır. Bir milyondan çox həmvətənimiz səsverməyə çıxaraq sülhü, ölkəmizin həqiqətən də parlaq və avropalı gələcəyini dəstəkləyib.

KONKRET.az axar.az-a istinadən bildirir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze partiyanın mərkəzi qərargahı önündə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Gürcü Arzusunun 12 illik hakimiyyəti dövründə heç bir gün asan olmayıb, lakin son 4 il xüsusilə çətin keçib.

Qeyd edək ki, Gürcüstan MSK-sının rəsmi açıqlamasına görə, səslərin 97%-i sayılıb. Gürcü Arzusu 52,99 faiz səslə liderdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*