“Ermənistan Qazaxın 7 kəndini geri verməsə, təxribat edəcəksə, hərbi əməliyyat keçirib bu əraziləri işğaldan azad etmək mütləqdir. Və bu hərbi əməliyyatlar Ermənistan ərazisində deyil, Azərbaycan ərazisində keçiriləcək. Ermənistana ultimatum verilməlidir ki, ya kəndləri boşaltsın, ya da hərbi əməliyyatlara başlanılacaq”.
KONKRET.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə bildirib.
Politoloq Koçaryanın Moskva səfərini də şərh edib:
“Ermənistanda revanşizm əhval-ruhiyyəsi qalmaqdadır. Eks-prezident Robert Koçaryan Moskvaya gedir. O, seçkiqabağı siyasi imicini qaldırmaq üçün Rusiyadan yeni silahların pulsuz alınmasını Kreml rəsmilərindən xahiş edəcək.
Məlumdur ki, Ermənistan ordusu darmadağın edilib və bu ölkənin hərbi texnikaya, silahlara ehtiyacı var. Koçaryan çalışacaq ki, köhnə silahlar da olsa, Moskvadan əliboş qayıtmasın. Moskva da R.Koçaryanın məhz daxili auditoriyada siyasi dəstəyini təmin etmək üçün ona silahlar verə bilər.
Amma bu, həlledici olmayacaq. Çünki Ermənistanda köhnə qvardiyanın seçki yolu ilə hakimiyyətə gəlməsi mümkün deyil”.
M.Əsədullazadə bildirib ki, Paşinyan seçkidən əvvəl Qazaxın kəndlərini qaytarmamağa çalışacaq:
“Qeyd edim ki, seçkiqabağı Paşinyan çalışacaq ki, Qazaxın kəndlərini qaytarmasın. Əgər hərbi əməliyyatlara ehtiyac duyularsa, Azərbaycan iqtidarı buna getməli və sərhəd kəndləri işğaldan azad etməlidir.
