“Köçəryan o vaxt Heydər Əliyevə deyirdi ki…”backend

"Köçəryan o vaxt Heydər Əliyevə deyirdi ki..." - Səfirdən AÇIQLAMA

“Paşinyanla Köçəryan eyni bostanın tərəvəzidir”.

KONKRET.az xəbər verir ki, bunu Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev deyib.

“Köçəryan Azərbaycanı qıcıqlandırmamağı məsləhət görür və Vətən müharibəsinin başlamasını görməmiş Paşinyanın sarsaq hərəkətləri ilə izah etməyə çalışır. Guya belə olmasaydı, danışıqlar hələ azı 30 il də davam edə bilərdi. Unudur ki, bir vaxtlar özü də sifətinə ağıllı ifadə verməyə çalışaraq ədalı şəkildə siyasət qrossmeysteri Heydər Əliyevə Cənubi Qafqazda yeni reallıq yarandığı və Azərbaycanın vəziyyətlə barışmaqdan başqa yolunun olmadığı haqda vəz edirdi. Bu mənada Paşinyanla ikisi də, eyni bostanın tərəvəzidir. Sadəcə o vaxtdan hazırlanan dəmir yumruq Paşinyan və Köçəryan-Sərkisyan cütlüyünün yaman günə qoyduğu Ermənistan adlı psevdodövlətin başına bizim günlərdə endi. Yaxşı ki, Köçəryanla əlaltıları cəhənnəmə vasil olmayıb, özləri də bunu gördülər”, – səfir bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*