Köhnə binalardakı mənzillər ucuzlaşdı – SƏBƏBLƏRbackend

Köhnə binalardakı mənzillər ucuzlaşdı - SƏBƏBLƏR

Köhnə binalardakı mənzillərin qiyməti ucuzlaşıb.

KONKRET.az xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib ki, son bir ildə daşınmaz əmlak bazarındakı qiymətlərdə 8,42 faiz artım var.

Son bir ay ərzində isə köhnə binalardakı mənzillərin qiyməti 2,95 faiz azalıb.

Xəzərxəbərə müsahibəsində Nüsrət İbrahimov bildirib ki, köhnə mənzillərin ucuzlaşmasına səbəb ipoteka kreditləşməsi ilə bağlı yaranan çətinliklərdir.

Çünki banklar bu mənzillər üçün kredit ayırmır. Bu səbəbdən də köhnə mənzilləri satan çox olsa da, alıcı azdır.

Nüsrət İbrahimovun sözlərinə görə, qarşıdakı 1 ildə köhnə binalardakı mənzillərin qiymətində artım gözlənilmir, hətta azalma da ola bilər. Lakin yeni mənzillərin bahalaşması qaçılmazdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*