Avstriya parlamentində deputat Maykl Şnedliçin COVİD-19-la bağlı testi səs-küyə səbəb olub.
KONKRET.az xəbər verir ki, deputat yanında gətirdiyi “Koka-Kola” içkisinə COVİD-19 testi tətbiq edib. Canlı yayımla aparılan testin nəticəsi pozitiv çıxıb.
Deputatın videosu qısa müddət ərzində sosial şəbəkələrdə yayılıb. Bəzi izləyicilər deputata dəstək verərkən, mütəxəssislər bunun yalan olduğunu iddia edib.
Məsələ ilə bağlı danışan M.Şnedliç pandemiya testlərinin çox bahalı və dəyərsiz olduğunu söyləyib:
“Çox təəssüf ki, Avstriya hökuməti bu etibarsız testlər üçün 67 milyon avro xərclədi”.
