Mingəçevir Turizm Kollecindən bu il məzun olan gənc dünyasını dəyişib.
KONKRET.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, Mingəçevir Turizm Kollecinin Mehmanxana işinin təşkili ixtisasını bitirən Həsənov ibrahim Həmid oğlu məzun günün sevincini yaşasa da ixtisası üzrə əmək karyerasına başlaya bilməyib.
Belə ki, Gəncədən olan məzun dünyasını dəyişib. Ölümünün səbəbi tam məlum olmasa da onun nevroloji problemlərdən əziyyət çəkdiyi deyilir.

Ehtiram Muradov,
KONKRET.az
