Kolumbiya milyardlarla dollar dəyərində qiymətli əşyalarla birlikdə batan “San Jose” gəmisinin görüntülərini paylaşıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Kolumbiya ordusu uzaqdan idarə olunan müşahidə cihazları ilə təxminən 950 metr dərinlikdə batan gəminin görüntülərini çəkib.
Belə ki, üç əsrdir sular altında qalan gəmiyə “insan müdaxiləsi”nin olmadığı açıqlanıb.
Kolumbiya prezidenti İvan Duke verdiyi açıqlamada, “Texnoloji avadanlıq və Kolumbiya donanmasının işi sayəsində biz dəqiqliklə gəminin şəkillərini çəkə bildik” – deyib.
Digər tərəfdən axtarış zamanı biri döyüş gəmisi və 2 yelkənli gəmi aşkarlanıb.
İqbal Rzayev,
KONKRET.az
