Kolumbiyanın Arauka departamentində yerləşən Naranjitos hərbi bazası yaxınlığında partlayıcı maddələrin olduğu avtomobil partladılıb.
KONKRET.az xəbər verir ki, bunu departamentin qubernatoru Uilinqton Rodriqes Benavides tviter səhifəsində yazıb.
“Tame bələdiyyəsindən San-Salvador istiqamətində yola düşən zaman partlayıcı maddə olan avtomobil Naranjitos hərbi bazasına çatmamış partlayıb. Nəticədə avtomobildə olan 2 nəfər ölüb, 4 hərbçi yaralanıb. Yaralananların vəziyyəti stabildir”, – o bildirib.
Qubernatorun sözlərinə görə, hazırda bu terror aktının təşkilatçıları barədə məlumat yoxdur.
