KONKRET.az-dan AMEA-ya CAVAB: Akademiyanın kitabxanasında İKİ DİREKTOR varbackend

KONKRET.az-dan AMEA-ya CAVAB: Akademiyanın kitabxanasında İKİ DİREKTOR var

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi akademiyanın rəsmi saytındakı kobud səhvlə bağlı açıqlama yayıb.

AMEA-dan KONKRET.az-a daxil olan açıqlamada deyilir:

“Bəzi saytlarda Azərbaycan Milli Elmlər Akademiyasında Mərkəzi Elmi Kitabxananın direktorunun təyinatı ilə əlaqədar getmiş məlumatlar yanlışdır. Bildirmək istəyirik ki, AMEA-nın saytı təyinat haqqında məlumatı bu barədə sərəncam imzalanan gün, yəni 6 mart 2020-ci il tarixdə öz səhifəsində yerləşdirmişdir. Görünür bu barədə indi yazan saytlar AMEA saytının arxivinə istinad etmişlər”.

KONKRET.az isə AMEA-nın rəsmi saytında 2-ci kobud səhvi aşkar edib. Akademiyanın saytında Mərkəzi Elmi Kitabxananın 2 səhifəsi mövcuddur. Səhifələrdən birində direktor kimi Leyla İmanova, digərində isə Sevil Zülfüqarova göstərilib.

Xatırladaq ki, martın 4-də AMEA-nın prezidenti Ramiz Mehdiyev Leyla İmanovanı işdən çıxarıb. Martın 6-dan isə kitabxananın direktoru Sevil Zülfüqarovadır.

Saytımız səhvlərlə bağlı bu linklərə istinad edir:

1) http://www.science.gov.az/forms/organizatsii/3752 (direktor – Leyla Bəkir qızı İmanova),

2) http://www.science.gov.az/forms/organizatsii-pri-prezidiume/3789 (direktor – Sevil Kamil qızı Zülfüqarova).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*