Konsul 17 yaşlı qızı zorladı – Hələ tutulmayıbbackend

Konsul 17 yaşlı qızı zorladı – Hələ tutulmayıb

Moldovanın Belçı şəhərindəki Ukrayna konsulluğunun əməkdaşı Aleksandr Storojuk 17 yaşlı qıza təcavüz etməkdə şübhəli bilinir.

KONKRET.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı nordnews.md nəşri yerli prokurorluq və Polis Müfəttişliyinin mənbələrinə istinadən yayıb.

Cinayətin fevralın 5-nə keçən gecə Belçı şəhərində baş verdiyi iddia edilir. Qız 37 və 38 yaşlı iki şəxs tərəfindən cinsi təcavüzə məruz qalıb.

Onlardan biri hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. İkincisi isə diplomatik toxunulmazlığa sahib olduğunu nəzərə alaraq hələ də tutulmayıb. Mənbələr bildirir ki, cinayətdə Ukraynanın Belçıdakı konsulu, diplomat Aleksandr Storojuk da iştirak edib.

Yetkinlik yaşına çatmayan qız Singerei rayonundandır və Belçı şəhərində yaşayır. Qızın anası xaricə işləməyə gedib.

TV8 kanalı Ukraynanın Belçıdakı konsulluğuna istinadən xəbər verir ki, bu işin bütün halları səlahiyyətli orqanlar tərəfindən aydınlaşdırılır:

“Hazırda konsul həbs və ittiham olunmayıb. İstintaq başa çatana və hüquq-mühafizə orqanlarının qərarı elan olunana qədər bu işə münasibət bildirə bilmərik”.

Esp.md nəşrinə görə, konsul Aleksandr Storojuk artıq vəzifəsindən uzaqlaşdırılıb. Moldova səlahiyyətliləri istintaq zamanı ona ölkəni tərk etməmək qadağası qoyub.

Xatırladaq ki, 2019-cu ildə Ukraynada yetkinlik yaşına çatmayan 148 qız təcavüzə uğrayıb. Bu, 2018-ci ilə nisbətən iki dəfə çoxdur.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*