Koronavirus xəstəliyinə tutulan çinli qadın sağlam bir qız dünyaya gətirdibackend

Koronavirus xəstəliyinə tutulan çinli qadın sağlam bir qız dünyaya gətirdi

Halunjiang əyalətində koronavirusa yoluxan bir qadın Çinin Harbin şəhər xəstəxanasında sağlam bir qız doğub.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı yerli ECNS xəbər portalı yayıb.

Qadın hamiləliyin 38-ci həftəsində idi. Xəstənin vəziyyəti sürətlə pisləşdiyindən, həkimlər qeysər kəsiyi keçirməyə qərar verdilər. Nəticədə, 3,05 kiloqram ağırlığında bir qız dünyaya gəldi. Uşaq doğulduqdan sonra karantinə yerləşdirildi, koronavirus üçün iki dəfə götürülmüş testlər mənfi nəticə verdi.

Hal-hazırda ana və uşağın vəziyyəti “sabit yaxşı”olaraq qiymətləndirilir.

2019-cu ilin dekabr ayının sonunda Çin hakimiyyəti Hubei əyalətinin Uxan şəhərində bilinməyən mənşəli pnevmoniya baş verdiyini bildirdi. Ekspertlər, xəstəliyin patogeninin yeni bir koronavirus tipi — 2019-nCoV olduğunu əvvəlcədən təyin etdi.

Son məlumatlara görə, 20 mindən artıq insan yoluxub, 420-dən artıq insan dünyasını dəyişib.

Çindəki virus Rusiya da daxil olmaqla digər ölkələrə nüfuz edir.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*