Koronavirus xəstəsi qonşusunun həyətində tutuldu – RƏSMİbackend

Koronavirus xəstəsi qonşusunun həyətində tutuldu - RƏSMİ

Saatlıda yaşadığı ünvanı tərk edən “COVID-19” xəstəsinin yeri müəyyən edilib və barəsində araşdırmalara başlanılıb.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan KONKRET.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən rayon ərazisində koronavirus testi müsbət çıxmış şəxslərin yaşadığı ünvanı tərk edib-etməməsi yoxlanılıb.

Bu zaman bir nəfər rayon sakini olan K. Sadıqovun karantin qaydalarına zidd davranaraq evini tərk etdiyi və qonşuluqda yaşayan sakinlərin evinin həyətinə daxil olaraq xəstəliyin yayılmasına real təhlükə yaratdığı müəyyən edilib. Həmin şəxsin qanunazidd hərəkətlərinin qarşısı alınıb və müalicəsinin davam etdirmək üçün yenidən yaşadığı ünvana gətirilib.

Saatlı RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*