Koronavirusdan ən az təsirlənən ölkələrin başında gələn Tayvanın uğuru bütün dünyada qibtə ilə izlənilir. Yoluxma və ölüm saylarında adətən bir möcüzə yaradan ölkənin bu uğurunun altında keçmiş epidemiyalardan əldə edilən təcrübələr yatır. Ölkədə 200 gündür bir dənə də olsun yoluxma halı olmayıb.
KONKRET.az xəbər verir ki, yeni növ koronavirus epidemiyası təsirini itirmədən bütün dünyada can almağa davam edir. Dünya miqyasında “Covid-19″a yoluxma sayı 53 milyonu keçərkən xüsusilə Avropa qitəsi sözün əsl mənasında epidemiyaya təslim olmuş vəziyyətdədir.
Bir çox ölkə gündəlik yoluxma saylarında rekord qırarkən, xəstəxanalar çətin vəziyyətə düşüb. Ancaq Tayvan “Covid-19” u tabe etməyi və epidemiyanı nəzarət altına almağı bacarıb. 200 gündən çoxdur ki, yeni yerli yoluxmanın rast gəlinmədiyi ölkənin Səhiyyə və Sosial Təhlükəsizlik naziri Dr. Şih-çung Çın və Tayvan İqtisadiyyat və Mədəniyyət təmsilçisi Yasir Çıng, “Kovid-19” ilə mübarizə üçün tədbirlər və uğura səbəb olan amillərlə bağlı sualları cavablandırıb.
Nazir Dr. Şih-çung Çın 2003-cü ildə Çində ortaya çıxan Şiddətli Tənəffüs Yolu Sindromu (SARS) epidemiyasından çıxardıqları dərslərin yeni “Covid-19” epidemiyasının qarşısını almada yol göstərici olduğunu bidirərək “Tayvan 17 il öncəki SARS epidemiyasından bu günə yeni bir yoluxucu xəstəliyin baş qaldırması təhlükəsinə qarşı hazırlıq görür” ifadəsindən istifadə edib. moderator.az
