Çində koronavirusdan ölənlərin sayı artıb.
KONKRET.AZ xarici mediaya isitinadla xəbər verir ki, bunu bu Çinin İstanbuldakı baş konsulu Suy Vey deyib.
Onun sözlərinə görə, epidemiyadan ölənlərin sayı 521-ə çatıb, 17 335 nəfərdə isə koronavirus şübhəsi var.
Baş konsul 21 558 nəfərin xəstəxanalardan evə buraxıldığını vurğulayıb.
Xatırladaq ki, fevralın 3-ü saat 04:00-dək koronavirusdan ölənlərin sayı 361, yoluxanların sayı isə 17 205 nəfər idi.
