Koronavirusla bağlı daha bir önəmli İXTİRA – FOTObackend

Koronavirusla bağlı daha bir önəmli İXTİRA - FOTO

Birləşmiş Ərəb Əmirliyində yerləşən “IHC” şirkətinin “QuantLase Imaging Lab” laboratoriyasının mütəxəssisləri koronavirusa yoluxmanı bir saniyə içində müəyyən edən lazer icad edib.

KONKRET.az xəbər verir ki, bu barədə şirkətin yaydığı press-relizdə açıqlama verilib.

“Lazerin şüaları yoluxmuş qan hüceyrələrindəki virusu dərhal tanıya bilir. Avadanlıq bir neçə saniyədə əldə edilən nəticələrinə görə kütləvi və sürətli analiz qabiliyyətinə malikdir” ,- layihə üzərində işləyən tədqiqat qrupunun rəhbəri Pramod Kumar qeyd edib.

O bildirib ki, optik faza modulyasiyasına əsaslanan lazer texnologiyası xəstələr üçün əlverişli, qeyri-invaziv və ucuzdur. Cihazın yalnız xəstəxanalarda deyil, həmçinin kinoteatrlar və ticarət mərkəzləri kimi ictimai yerlərdə də istifadə oluna biləcəyi bildirilib. Kumar yeni avadanlığın koronavirus pandemiyasına qarşı mübarizədə vəziyyəti dəyişdirəcəyinə inandığını bildirib.

Laboratoriya yeni test sistemlərini bir neçə aya bazara çıxaracağını açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*