Koronavirusun 2021-ci ildə təsiri necə olacaq? – Alimlər açıqladıbackend

Koronavirusun 2021-ci ildə təsiri necə olacaq? - Alimlər açıqladı

Moskva Dövlət Tibb Universitetinin İnfeksion Xəstəliklər Laboratoriyasının tədqiqatçısı, tibb elmləri namizədi Maksim Gultyayev bildirib ki, COVID-19 havadakı dəyişikliklər fonunda şiddətlənəcək mövsümi xəstəliyə çevriləcək.

KONKRET.az xəbər verir ki, alim 2021-ci ildə dördüncü infeksiya dalğasının olmayacağını iddia edib.

“Çünki o vaxta qədər tibb sistemi tamamilə silahlanacaq. 2021-ci ildə ölkə əhalisinin koronavirus əleyhinə vaksinasiya olunacağına inanıram. Bundan əlavə, bir çoxu antikorlara sahib olacaq”, – həkim əlavə edib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da gələn ilin mart ayına qədər COVID-19 pandemiyasında ciddi dönüş yaratmaq niyyətindədir. ÜST o zamana qədər peyvənd, kifayət qədər fərdi qoruyucu vasitələr və sürətli testlər istehsal etməyi planlaşdırır.publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*