Koronavirusun diaqnostik alətlər dəsti Azərbaycana gətirildibackend

Koronavirusun diaqnostik alətlər dəsti Azərbaycana gətirildi

Azərbaycana “2019-nCoV” koronavirus epidemiyasının diaqnostik alətlər dəsti gətirilib.

KONKRET.AZ bildirir ki, bunu Səhiyyə Nazirliyinin Sanitariya-epidemioloji nəzarəti sektorunun müdiri Viktor Qasımov bildirib.

Onun sözlərinə görə, diaqnostik alətlər laboratoriyaya verilib və şübhəli hal olarsa, bunun vasitəsilə yoxlanılacaq. Alətlər dəsti virusa yoluxan şəxslərin hospitalizasiyası üçün ayrılan xəstəxanalara paylanılacaq.

Xatırladaq ki, Səhiyyə naziri Oqtay Şirəliyev Səhiyyə naziri Oqtay Şirəliyev “Yeni 2019-nCoV koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” əmr imzalayıb.

Qeyd edək ki, virusa yoluxması ehtimal edilən şəxslər Elmi-tədqiqat Ağciyər xəstəlikləri institutu, 1 saylı Kliniki Tibbi Mərkəzə və 7 saylı Uşaq infeksion xəstəxanasında karantin altına alınacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*