Kosovo NATO və Aİ-yə üzv olmaq istəyir.
KONKRET.az xəbər verir ki, bu barədə Atlantik Şurada keçirilən seminarda Kosovo Respublikasının baş naziri Albin Kurti bildirib. O, ölkənin NATO-ya daxil olması ilə bağlı planlarını açıqlayıb.
O qeyd edib ki, Kosovo təhlükəsizlik qüvvələri ABŞ ilə birlikdə Küveytdə yerləşdirilib, bu, respublika üçün ilk beynəlxalq sülhməramlı missiyadır. Kosovo da ABŞ-la Defender Europe 21 birgə hərbi təlimlərində iştirak edib.
“Bizim davamlı əməkdaşlığımız Kosovonun sülh, təhlükəsizlik və NATO-ya üzvlüklə bağlı uzunmüddətli öhdəliyini gücləndirir”, – Kurti deyib.
Baş nazir həmçinin Ukrayna, Gürcüstan və Moldovanın Aİ-yə üzv olmaq üçün müraciətlərini alqışlayıb. O, Aİ-nin də bu il Kosovonun müraciətini qəbul edəcəyinə ümid etdiyini bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
