Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın hələ də Krıma səfər etmək üçün qüvvədə olan dəvəti var. Bununla da o, Krım tatarlarının hüquqları ilə bağlı məsələni daha yaxşı öyrənə bilər.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, Türkiyə lideri növbəti dəfə Krımın Rusiyaya birləşdirilməsi aktını tanımadığını, Ankaranın Krım tatarlarının vəziyyətini izləməkdə davam edəcəyini bəyan edib.
“Biz Krım tatarları ilə bağlı hər hansı narahatlığın əsassız olduğunu dəfələrlə demişik”,- Peskov qeyd edib ki, Kreml Ərdoğanın mövqeyi ilə razı deyil.
O əlavə edib ki, Rusiya prezidenti Vladimir Putin bu mövzuda Türkiyə lideri ilə dəfələrlə danışıb.
2014-cü ilin mart ayında Krımda referendum keçirilib və nəticədə yarımada Rusiyanın ərazi hissəsi, Sevastopol isə federal əhəmiyyətli bir şəhər olub.
Babək Göyüş
KONKRET.az
