Kreml Konstitusiyada Allahın adının qeyd edilməsi ideyasını şərh etdibackend

Kreml Konstitusiyada Allahın adının qeyd edilməsi ideyasını şərh etdi

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Patriarx Kirill tərəfindən Konstitusiyada Allahın adının qeyd edilməsi ideyasını şərh edib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı RİA “Novosti” agentliyi yayıb.

“Bütün müzakirələr işçi komissiyası çərçivəsində aparılır və orada müzakirə edilir”, — deyə Peskov bildirib.

Daha əvvəl Patriarx Kirill Rusiya Konstitusiyasının preambulunu (giriş hissəsini) dəyişdirməyi, ora Allahın adını əlavə etməyi təklif edib.

Qurumun Konstitusiya qanunvericiliyi Komitəsinin rəhbəri Andrey Klişas bildirib ki, Konstitusiyaya dəyişikliklərin edilməsi ilə bağlı təkliflərin hazırlanması üzrə İşçi qrup bu təklifə baxacaq.

Babək Göyüş

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*