Krımda saxlanılan iki Rusiya vətəndaşı Ukraynaya casusluq edibbackend

Krımda saxlanılan iki Rusiya vətəndaşı Ukraynaya casusluq edib

Krımda dövlətə xəyanətdə şübhəli bilinərək saxlanılan Rusiya vətəndaşları (qadın və kişi) Ukrayna xüsusi xidmət orqanları üçün işlədiklərini etiraf ediblər. Onlar bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) dərc etdiyi videoda deyiblər.

KONKRET.az xəbər verir ki, qadın Ukrayna xüsusi xidmət orqanlarının nümayəndəsi ilə əməkdaşlıq etdiyini bildirib. Onun sözlərinə görə, o, kuratorun tapşırığı ilə hərbi texnikanın fotosunu çəkib və partlayıcı maddə olan gizli yerlər axtarıb.

Bundan əlavə, o, Yevpatoriyanın Nikolayev kafedralının fonunda anti-Rusiya şüarları yazılmış rəsmlərin şəkillərini çəkib.

Saxlanılan kişi də Ukrayna xüsusi xidmət orqanlarının nümayəndəsi ilə əməkdaşlıq etdiyini və gizli yerlər, eləcə də partlayıcı maddələr axtardığını etiraf edib. O, Yevpatoriya şəhərinin görməli yerləri fonunda anti-Rusiya şüarları olan təsvir çəkilmiş bloknotla çəkilişlər həyata keçirib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*