Kriminal avtoritetin həbs müddəti yenidən UZADILDIbackend

Kriminal avtoritetin həbs müddəti yenidən UZADILDI

“Arman Dikiy” ləqəbli “qanuni oğru” Arman Cumagəldiyevin həbs müddəti dekabrın 7-dək uzadılıb.

KONKRET.az “Zakon.kz”a istinadən xəbər verir ki, bu barədə Almatı Şəhər Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, həbs müddətinin uzadılması barədə vəsatət istintaq orqanları tərəfindən verilib.

Belə ki, 2022-ci il oktyabrın 6-da məhkəmənin qərarı ilə Cumagəldiyevin həbs müddətinin 11 aya, yəni dekabrın 7-dək uzadılması ilə bağlı istintaq orqanlarının vəsatəti təmin edilib.

Məhkəmənin hökmü qanuni qüvvəyə minməyib.

Xatırladaq ki, Arman Cumageldiyev yanvarın 7-si Almatı şəhərində saxlanılıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*