Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə komitəsinin başçısı Leonid Kalaşnikov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstana göndərəcəyi sülhməramlılar barədə məlumat verib.
KONKRET.az RİA Novosti-yə istinadən məlumatına görə o bildirib ki, sülhməramlılar ölkədə qayda-qanunun yaradılmasında deyil, hərbi strukturların və dövlət əhəmiyyətli başqa obyektlərin mühafizəsində iştirak edəcəklər.
KTMT-nin qərargahından isə bildirilib ki, quruma üzv dövlətlərin (Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğız Respublikası və Tacikistan) liderləri Qazaxıstanda göndəriləcək sülhməramlıların tərkibini, strukturunu və sayını müəyyənləşdirəcək.
