Kürdəmirdə ağır yol qəzası baş verib, ölən varbackend

Kürdəmirdə ağır yol qəzası baş verib, ölən var

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az-ın xəbərinə görə, hadisə Bakı-Qazax magistral yolunun Kürdəmirin Karrar qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

İmişli rayon sakini 1976-cı il təvəllüdlü Elşən Məhəmmədəli oğlu Qasımovun idarə etdiyi “VAZ-2107” markalı minik maşını ilə “Kamaz” markalı yük maşını toqquşub.

Nəticədə “VAZ-2107”-nin sürücüsü E. Qasımov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır. (Apa)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*