Kürdəmir rayonunda yol qəzası baş verib.
KONKRET.az xəbər verir ki, hadisə Kürdəmir-Zərdab avtomobil yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Hyundai” markalı avtomobil Kürdəmir rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq aşıb. Nəticədə 3 nəfər – Ağdam rayon sakinləri – 53 yaşlı Rabil Rəhbər oğlu İsmayılov, 67 yaşlı Ayulduz Qubat qızı Hümbətova və Zərdab rayon sakini, 53 yaşlı Zemfira Cümşüd qızı Mehdiyeva ölüb, 1 nəfər – Ağdam rayon sakini, 65 yaşlı İbrahim Qubat oğlu Hümbətov müxtəlif dərəcəli bədən xəsarətlərialıb.
Faktla bağlı araşdırma aparılır. /Report
