Kürdəmirdə toya gedən avtomobil qəzaya düşüb, xəsarət alanlar var – FOTObackend

Kürdəmirdə toya gedən avtomobil qəzaya düşüb, xəsarət alanlar var - FOTO

Kürdəmir rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Vaqif küçəsində qeydə alınıb. Belə ki, rayon sakini Sakit Məmmədovun idarə etdiyi “Toyota Prado” markalı avtomobillə “VAZ-2106” markalı avtomobil toqquşub.

Qəzada Göyçay rayon sakinləri Xələfov Manaf Zakir oğlu və Manafova Aidə İsgəndər qızı xəsarət alıb. Onlar müxtəlif növ bədən xəsarətlərilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, “Toyota Prado” markalı avtomobildə olan sərnişinlər kiçik toy məclisinə gedirlərmiş.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*