Kürdəmirdə üç otaqlı ev yanaraq külə döndü – FOTObackend

Kürdəmirdə üç otaqlı ev yanaraq külə döndü - FOTO

Kürdəmir rayonunda fərdi yaşayış evində yanğın baş verib.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Karrar qəsəbəsində qeydə alınıb.

Belə ki, kənd sakini 36 yaşlı Albəndiyev Şəhadət Tufan oğluna məxsus, ümumi sahəsi 80 kv.m olan ev əşyaları ilə birlikdə yanaraq külə dönüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir rayon Dövlət Yanğından Mühafizə İdarəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb və ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

Yanğının hansı səbəbdən baş verməsi ilə bağlı araşdırma aparılır. /Report/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*